Mərkəzi Seçki Komissiyasının işçisi özünü öldürdü

Gəncə şəhərində vəzifəli şəxs özünü öldürüb.

Şəhər Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Nizami rayonu, Gülüstan qəsəbəsi, bina 48, mənzil 6-da yaşayan 33 yaşlı Elnurə Orucova özünü öldürüb. Sirkə turşusu içən qadın dünyasını dəyişib.E.Orucova Nizami 2-ci Dairə Seçki Komissiyasının baş məsləhətçisidir. Onun özünü öldürməsinin səbəbi məlum deyil.Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31