Bu gecə Yasamalda nə baş verib?
21 Noyabr 2012 09:34 KriminalGecə Bakının Yasamal rayonu Şərifzadə küçəsində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Üzeyir Əsgərzadənin idarə etdiyi "VAZ 2107" və Anar Babayevə məxsus "Hyundai" markalı avtomaşınlar toqquşub. Hadisə nəticəsində "Jiquli"nin sürücüsü Üzeyir Əsgərzadə yüngül dərəgəli xəsarət alıb. Məlumata görə, qəzadan əvvəl "VAZ 2107" markalı nəqliyyat vasitəsi şəhər istiqamətindən üzü metronun 20 yanvar stansiyasına doğru hərəkətdə olub. Bu zaman "VAZ 2107"-nin sürücüsü qəfil idarəetməni itirərək nəqliyyat vasitəsini qarşıda hərəkətsiz vəziyyətdə dayanan "Hyundai"nin arxa hissəsinə çırpıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzadan əvvəl "Jiquli" başqa bir "VAZ 21015" markalı avtomahınla da toqquşub. Amma həmin avtomaşının sürücüsü sonradan idarə etdiyi nəqliyyat vasitəsi ilə hadisə yerindən uzaqlaşıb