Əsgərlərə işgəncə verən hərbçi həbs edilmədi
Apellyasiya Hərbi Prokurorluğun protestini rədd etdi
16 May 2012 18:43 KriminalŞirvan Apelyasiya Məhkəməsində həırbi xidmətdə əsgər yoldaşlarına işgəncə verməkdə ittiham olunan Azərbaycan Ordusunun hərbi qulluqçusu Süleyman Müsadirlinin cəzasının ağırlaşdırılması ilə bağlı Hərbi Prokurorluğun apelyasiya protesti üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin işi üzrə qərar elan edilib. Qərara görə, hərbi qulluqçunun cəzasının ağırlaşdırılması ilə bağlı Hərbi Prokurorluğun apelyasiya protesti təmin edilməyib.
Füzuli Hərbi Məhkəməsinin hökmü ilə Süleyman Müsadirli 10 ay sınaq müddəti olmaqla, 3 il müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb. O, Cinayət Məcəlləsinin 332.2.1-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə ittiham edilib.