Azərbaycanlının “Rus lotosu” qumarxanası

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıt şəhər sakini Aydın Əliyevin şəhər ərazisindəki çayxanaların birində "Rus lotosu" qumarxanası təşkil etdiyini müəyyənləşdirib.  AzərTac-ıməlumatına görə, qumarxanaya baxış zamanı 500 loto kartı, 450 loto daşı, 500 dəmir halqa, 131 ədəd 100 dollarlıq priz kartları, 18 manat məbləğində uduşa qoyulmuş pul və digər ləvazimatlar aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31