Xuliqanlıqda təqsirləndirilən dindarın məhkəməsi başladı

Kəpəz rayon Məhkəməsində Gəncədə xuliqanlıqda təqsirləndirilərək həbs olunan dindar Asəf Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Mahir Əsədlinin sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı təyin edilib. Məhkəmə baxışı mayın 23-ə təyin edilib. Asəf Əliyev bu ilin fevralında həbs olunub, onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31