Sumqayıtda yenə zavod yandı

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhərində, Sumqayıt "Məişət Malları" ASC-nin ərazisində yanğın baş verib. İlkin məlumatlara əsasən ASC-nin ərazisində yerləşən tutumu 200 kub. m olan çənin içərisində mazut qalıqları yanıb.  Çən və ətrafda olan digər çənlər yanğından mühafizə olunub.Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.Qeyd edək ki, bunda öncədə cari il ərzində həmin müəssisədə bir neçə dəfə yanğın hadisəsi baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31