Qayınanasını və iki körpə uşağını doğradı! - VIDEO
20 Noyabr 2012 11:31 KriminalMoskva sakini İqor Televinov öz qayınanasını və iki körpə uşağını vəhşicəsinə xüsusi amansızlıqla öldürüb.Moskvanın Birülyovo rayonunda həyat yoldaşı işdə olarkən evə gələn İqor, evdə iki körpə uşağını və qayınanasını vəhşicəsinə qətlə yetirib.Həyat yoldaşı evə gəldikdə isə, "Mən artıq ananı və uşaqları cənnətə göndərmişəm. Sən də onlarla bir yerdə cənnətə düşmək istəyirsən?" Bu sözləri söylədikdən sonra cinayəti törətdiyi bıçaqla arvadının üstünə cuman İqor onu da öldürmək istəyib. Ərinin əlindən güclüklə canını qurtaran qadın evdən qaçıb və özünü polis idarəsinə çatdırıb.
Hadisə yerinə gələn polis dəhşətli mənzərə qarşısında şoka düşüb. 6 yaşlı Anya, 9 yaşlı Saşa və onların nənələrinin meyidləri, boğazları kəsilmiş vəziyyətdə evdə uzanmış tapılıblar.Cinayətkar, 40 yaşlı İqor həbs olunaraq polis idarəsinə aparılıb.