Inanmayacaqsınız! Əsgər 4 yaşlı qızı zorladı!
20 Noyabr 2012 09:31 Kriminalİraqda baş verən dəhşətli zorlama hadisəsi dünya mətbuatına bomba kimi düşüb ANN.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə İraqın cənubundakı Busra şəhərində baş verib. Ailəsindən 250 İraq dinarı alaraq, küçənin sonundakı dükandan halva almağa gedən 4 yaşlı kiçik qız nə qədər dəhşətli səslənsə də təcavüzə məruz qalıb. İraq Ordusunun Kəşfiyyat təşkilatında işləyən evli və 2 uşaq atası olan 26 yaşlı bir şəxs uşağı qaçıraraq, tərk edilmiş binada onu zorlayıb. Sonra isə uşağın başını daşla əzərək öldürüb. Cinayəti işləyəndən sonra həmin şəxs qızı torpağa basdıraraq hadisə bölgəsindən uzaqlaşıb. Yaxınlıqdakı adamlar binadan çox gərgin və həyacanlı çıxan şəxsin hərəkətlərindən şübhələniblər və polis çağırıblar.Polis tərəfindən saxlanılan şəxs cinayəti işlədiyini etiraf edib. Polisin "bunu niyə elədin" sualına isə cinayətkar "elə belə" deyə cavab verib.Torpaqdan çıxarılan uşaq hələ də ailəsindən aldığı pulu ovucunda sıxıbmış. Cinayət hadisəsi təkcə İraqda deyil, bütün dünyada böyük tənqidlərə səbəb olub.