Hərbçilər qəzaya düşdü
20 Noyabr 2012 09:19 KriminalBakının mərkəzi prospektində yol qəzası baş verib. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 20.15 radələrində Heydər Əliyev prospektində qeydə alınıb."VAZ-2107" markalı maşının "Hyundai" markalı avtomobillə toqquşması nəticəsində "VAZ-2107"in sürücüsü və sərnişini xəsarət alıb. Xəsarət alanlar - sürücü Əli Xəlilov və sərnişini Elşən Adıgözəlovdur. Onların hərbçi olduğu bildirilir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31