Bakıda daha bir qadın vəhşicəsinə döyüldü
Hazırda 45 yaşlı Qənirə Allahverdiyevanı döyən şəxs axtarılır
19 Noyabr 2012 16:45 KriminalBu gecə Bakıda daha bir orta yaşlı qadın vəhşicəsinə döyülüb. Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 45 yaşlı Qənirə Allahverdiyeva evlərinin qarşısında möhkəm döyülüb.
O huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadına tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hazırda qadını döyən şəxs axtarılır. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31