Azərbaycan ordusunda daha bir itki
19 Noyabr 2012 16:21 KriminalAzərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, cəbhənin Xocavənd istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Paşa Nemət oğlu Mürsəlov minaya düşərək həlak olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Qeyd edək ki, P. Mürsəlov Göyçay rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31