İnterpolun axtardığı azərbaycanlı kriminal avtoritet tutuldu - FOTO
19 Noyabr 2012 15:44 KriminalBeynəlxalq axtarışa verilmiş azərbaycanlı həbs olunub. Lent.az-ın məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsi, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Ruslan Ağalarov həbs edilib.
Məlumata görə, Ruslan Ağalarov Ukraynanın Daxili İşlər Nazirliyi tərəfindən İnterpola axtarışa verilib. O, Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olub.
Qeyd edək ki, Ruslan Ağalarovun böyük qardaşı, Rasim Ağalarov da beynəlxalq axtarışdadır. Onların kriminal aləmlə yaxın əlaqədə olduğu da bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31