Tərtərdə polis qumarxana aşkarladı
19 Noyabr 2012 15:22 KriminalTərtər rayonunda qumarxana aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, qumarxananı polis əməkdaşları aşkarlayıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də rayon ərazisindəki yeməkxanaların birində oranın icəradarı Ağdam rayon sakini Vüqar Abışovun qumarxana təşkil etməsi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31