Rusiyada cinayətkar birlik yaradan azərbaycanlı qadın Gəncədə tutulub
19 Noyabr 2012 14:17 KriminalGəncədə axtarışda olan şəxslər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 105 və 210-cu maddələri (qəsdən adam öldürmə və cinayətkar birlik yaratma) ilə axtarışda olanlar Suğra Abbasova və Mehman Məmmədov tutulub.
Saxlanılan şəxslər ətrafında əməliyyat tədbirləri həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31