Bakıda özünü uşağının yelləncəyindən asmış ata məktubunda nə yazıb?
19 Noyabr 2012 12:26 KriminalSuraxanı rayonunda özünü uşaq yelləncəyindən asmış şəxsin özünə qəsd etməsinin təfərrüatı məlum olub.
Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, mərhum Anar Əliyevin cibindən ölümündən əvvəl yazdığı məktub çıxıb. Özünü öldürməmişdən əvvəl yazdığı məktubunda həyatdan bezdiyini və belə bir vəziyyətdə yaşamaq istəmədiyini göstərib.
Ailəli olan A.Əliyev məktubu yazandan sonra özünü uşağının yelləncəyindən asıb. Onun işsiz olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31