Şabranda dəhşətli partlayış, 3 nəfər ağır xəsarət aldı
19 Noyabr 2012 12:19 KriminalŞabranda mənzildə dəhşətli partlayış hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, şəhər ərazisində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli ikiotaqlı evin mətbəxində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə, mətbəxdə əşyalar 9 kv.m sahədə yanıb, evin əsas divarları, arakəsmə divarları və dam örtüyü uçub, ev sahibi və iki övladı müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar xəstəxanaya aparılıb. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31