Məhkuma ayaqqabının dabanında narkotik ötürmək istədi
19 Noyabr 2012 12:17 KriminalPenitensiar xidmətin və 1 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1971-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3; 181.2.5 maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elnur Camal oğlu Əsgərova vətəndaş Müşfiq Alış oğlu Abdullayevin gətirdiyi sovqata baxış keçirilən zaman bir cüt qara dərili ayaqqabıların dabanlarının içərisində gizlədilmiş 6 ədəd sellofana bükülmüş ümumi xalis çəkisi 37,874 qram narkotik maddə - "Tiryək", ümumi xalis çəkisi 37 qram narkotik maddə - "Həşiş", ümumi xalis çəkisi 5,2 qram narkotik maddə - "Marixuana" və ümumi xalis çəkisi 4,616 qram narkotik maddə - "Heroin" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.