Bakıda yaşlı anasını çimizdirən qız onu ölümün əlindən ala bilmədi
Bakının Nəsimi rayonu ərazisində ailə faciəsi baş verib
19 Noyabr 2012 09:58 KriminalRayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, ana və qızı hamamda dəm qazından zəhərləniblər.Hadisə 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, 43 saylı evdə baş verib. Axşam saatlarında 42 yaşlı Validə Şıxıyeva və onun 72 yaşlı anası Cahan Şıxıyeva hamamda huşsuz vəziyyətdə tapılıblar.Hadisə yerinə təcili yardım gəlsə də, Cahan Şıxıyevanın həyatını xilas etmək mümkün olmayıb, onun qızı isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Məlum olub ki, Validə Şıxıyeva anasını hamamda çimizdirərkən boğulublar.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31