Təzə gəlin özünü asdı

Noyabrın 18-də Bərdə rayonunda intihar hadisəsi baş verib.Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Bərdə şəhərinin Səttarxan küçəsində yaşayan 1991-ci il təvəllüdlü Səfərxanova Türkan Fəxrəddin qızı özünü asıb. 21 yaşlı qızın asılı vəziyyətdə qalmış meyiti evin hamam otağında aşkarlanıb.Məlumata görə, gənc qız bir neçə ay əvvəl ailə həyatı qurub və Bərdə şəhərinə gəlin köçüb.Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31