Bakı metrosunda dəhşət anları
Relsin üstünə yıxılmış məktəbli xilas edilib
19 Noyabr 2012 09:50 KriminalBu gün səhər saatlarında Bakı Metropolitenində həyəcanlı anlar yaşanıb. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, metronun Həzi Aslanov stansiyasında 11-12 yaşlı oğlan platformadan relslərin üstünə yıxılıb. Dərhal yaxınlıqdakı insanları yeniyetmə oğlanı yaxınlaşmaqda olan qatarın altında qalmaqdan xilas ediblər.Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən Lent.az-a bildirilib ki, hadisə zamanı yeniyetmə oğlan xoşbəxtlikdən ciddi xəsarət almayıb. O, yüngül xəsarətlərlə stansiyadakı tibb məntəqəsinə aparılıb və oğlana yardım göstərilib. Həmçinin o da bildirilib ki, relsin üstünə yıxılmış oğlan yuxulu olub və dərsə gedirmiş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31