Elşad Abdullayev yeni video yaydı. DİN-dən cavab gəldi

Hazırda Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayev noyabrın 16-da "Azadlıq" qəzetinə daha bir video göndərib.Bu videoda Elşad Abdullayevin Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hacı Ağababa Babayevlə görüşü əks olunub. "Azadlıq"a yazılı müraciətində Elşad Abdullayev bildirib ki, onun məqsədi qardaşı Mahir Abdullayevin oğurlanmasının təfərrüatını ictimaiyyətə çatdırmaq və bu işin açılmasına nail olmaqdır. Sabiq rektorun sözlərinə görə, bu video istintaqa da təqdim olunub.2007-ci ilin iyulunda çəkilmiş söhbətdə daxili işlər naziri Ramil Usubovun da adı hallandırılır.Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov "Media forum" saytına bu məqamla bağlı belə deyib: "Ramil Usubovu bütün ölkə yaxşı tanıyır. Belə iftiralar Ramil Usubova yapışmaz. Kim nə deyir, desin. Ramil Usubovun adını belə şeylərə bulaşdırmaq istəyənlərin cəhdləri əbəsdir. Ramil Usubovu bütün ölkə, xalq və bütün sistem tanıyır. Hamı onun necə insan olduğunu bilir. O, heç vaxt belə şeylərə bulaşmaz"."Son illərdə Elşad Abdullayev DİN-ə hansısa videolar göndərərək belə hallarla üzləşdiyinə dair şikayət edibmi, yoxsa bu videolardan onlar yayılandan sonra məlumat tutursunuz" sualına mətbuat xidmətinin rəhbəri belə cavab verib: "Məndə bu barədə məlumat yoxdur. Mətbuat xidməti istintaqla bağlı bütün məlumatlara malik olmur. Siz nə qədər bilirsinzisə, mən də onu bilirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31