Saxta sənədlə pul götürülməsi faktı aşkarlanıb

“Bank of Baku”nun Sumqayıt filialından 2250 dollar pul götürülüb

"Bank of Baku"nun Sumqayıt filialından saxta sənədlə pul götürülməsi faktı aşkarlanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rəsmi sənədləri saxtalaşdırmış Elmar Əliyevin saxta sənədlə "Bank of Baku"nun Sumqayıt filialından 2250 dollar pul götürməsi müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31