Qatilin cəzası yüngülləşdirilmədi

Şirvan Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Masallı rayon sakini Namiq Həsənovun məhkəmə prosesi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məliumat verilib. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti araşdırılıb və qərar elan edilib. Qərara görə, Namiq Həsənovun apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə  təqsirli bilinən Namiq Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin mayın 30-da Masallı rayonu, Qızılağac kəndinin sakini 31 yaşlı Namiq Həsənov mübahisə zamanı həmkəndlisi Şahmar Hüseynovu bıçaqlayıb. Qarın boşluğundan bıçaq zərbəsi alan Şahmar Hüseynov xəstəxanaya çatdırılarkən yolda keçinib. Namiq Həsənov tutularaq istintaq orqanına təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31