Nənəsi və babasını amasızlıqla öldürən nəvə ömürlük cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində doğma nənə və babasını qətlə yetirməkdə təqsirli bilinərək həbs olunan Ramil Əkbərov və digər 3 nəfərin işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dəstə üzvləri Ramil Ələkbərov Rahib Ağayev ömürlük, Vüqar Əliyev 15 il, Elşad Əliyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, 2011-ci ilin iyulunda Nərimanov rayonu Ağa Nemətulla küçəsi, ev 62, mənzil 16 ünvanında yaşayan C.Əkbərov və onun həyat yoldaşı T.Əkbərova xüsusi amansızlıqla qətlə yetiriliblər. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər qətldən 6 ay sonra müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, qətlin təşkilatçısı qətlə yetirilənlərin nəvəsi Ramil Əkbərovdur. Ona bu işdə dostları R.Ağayev, V.Əliyev və E.Əliyev köməklik göstərib.
İstintaq araşdırması zamanı müəyyən edilib ki, Ramilin borcu olub. Nərimanov parkında görüşən dostlar ona kömək edəcəklərini deyiblər. Sonra Ramil dostlarına babasında 30 min manat pul olduğunu deyir. Yaşlı kişi ilə qadının yaşadığı ünvana gedəndə qapını nəvə - Ramil döyüb. Nənəsi qapını açandan sonra R.Ağayev və V.Əliyev evə daxil olaraq yaşlı ər-arvadı öldürüblər.
Hadisədən sonra mənzili axtaran dostlar evdən 30 min yox, cəmi 5700 manat pul tapa biliblər. Pulların 4 min manatı R.Əkbərova çatıb, qalan məbləğ isə Vüqar və Rahib arasında bölünüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31