“Texnikabank”ın sabiq rəhbəri azadlığa buraxıldı

"Texnikabank"ın Müşahidə Şurasının həbsdə olan sədri Etibar Əliyev azadlığa buraxılıb.
Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib. E. Behbudov E. Əliyevin məhkəmənin qərarı ilə azadlığa buraxıldığını deyib.
Qeyd edək ki, E. Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həbs olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31