Bakıda yoxa çıxmış qızın sirrini əmisi açdı - TƏFƏRRÜAT
16 Noyabr 2012 15:56 KriminalBakının Yasamal rayonunda azyaşlı qız iki qardaşı düşmən edib. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Dəvəçi rayonundan Alatava qəsəbəsində yaşayan 60 yaşlı əmisi Ruslan Hüseynovun evinə qonaq gəlmiş 16 yaşlı Şəbnəm Abbaszadə yoxa çıxıb.
R.Hüseynov qardaşı qızının gün ərzində evə qayıtmadığını görüb. Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət edib. Müraciətində qızın Dəvəçiyə qayıtmadığını deyən əmi bu hadisəyə görə qardaşı ilə münasibətinin pozulduğunu, Şəbnəmin hansısa oğlanı sevdiyini polisə çatdırıb. Ona görə də Şəbnəmin sevdiyi oğlanla qaçması ehtimal olunur.
Hazırda yeniyetmə qızın harada olmasını polis araşdırır.
Onu da əlavə edək ki, Yasamal rayonunda 23 yaşlı Tamoğlan Əbilov da yoxa çıxıb. Onun da axtarışları davam etdirilir.