Dəm qazı dəhşətli faciəyə çevrildi

İki nəfər öldü, iki nəfər xəstəxanaya düşdü

Azərbaycanda bir gündə 2 nəfər dəm qazından ölüb, iki nəfər xəstəxanaya yerləşdirildi. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə noyabrın 15-də baş verib. Nəsimi rayonunda yaşayan Aynurə Rzayeva hamamda dəm qazından zəhərlənərək ölüb. Həmin gün Kürdəmir rayon sakini Mehrac Hacıyev evində dəm qazından boğularaq ölüb.
Noyabrın 15-də Abşeron rayonunun Xırdalan şəhərində də iki zəhərlənmə hadisəsi baş verib. Şəhər  sakini Vüqar Əliyev və onun arvadı Gülnar evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyətləri orta-ağırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31