Bakıda silahlı narkoman yaxalandı
16 Noyabr 2012 14:19 KriminalBakıda narkotika alverçisindən silah aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Sabunçu rayonu ərazisində baş verib. Rayon Polis İdarəsinin 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirşağı qəsəbə sakini Kamil Bədəlovun evinə baxış zamanı 23,93 qram marixuana, 1 ədəd "Rairal-MP 654" markalı pnevmatik tapança, Adil Orucova, Nəsir Əmirova, Zahid Əmirova, Oktay Məmmədova və Fərəc Muradova məxsus avtomaşınlara aid sənədlər və dövlət nömrə nişanları aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31