Goranboyda qadınları Dubaya daşıyan alverçi saxlanıldı

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Goranboyda qadın alveri ilə məşğul olan qadını yaxalayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, idarə əməkdaşları və Goranboy RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Gözəl Əhmədova gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31