Külli miqdarda narkotika satan sumqayıtlı “iş başında” yaxalandı
16 Noyabr 2012 14:18 KriminalDaxili İşlər Nazirliyi əməkdaşları külli miqdarda narkotik maddəni satmağa cəhd edən Sumqayıt sakinini yaxalayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, narkotika alverçisini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları yaxalayıb. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Səməd Nağıyev 5 kiloqram 100 qram marixuananı 3500 dollara satarkən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31