Jurnalist qızın qətli ilə bağlı yeni məlumatlar aşkarlandı
16 Noyabr 2012 11:33 KriminalEkspert-kriminalistlər Mərdəkan qəsəbəsində həyat yoldaşını və qızını öldürüb, özünə isə qəsd edən ailə başçısı Mənsim Mənsimovun intihar etdiyi otaqdan "Mənim ailəmin əxlaqı və namusu hər şeydən üstündür" kəlmələri yazılmış kağız parçası tapıblar. Mənsimovun bununla nəyə işarə etdiyi hazırda istintaq tərəfindən araşdırılır. ans
O, otaqlara da kömürlə bir neçə şeir parçası yazıb. Daha sonra isə qaynına zəng edərək "Bacını və bacın qızını öldürmüşəm, gəlin aparın" deyib və otağa bərkitdiyi dəmir parçasından özünü asaraq intihar edib.
Xatırladaq ki, 63 yaşlı Mənsim Mənsimovun balta zərbələri ilə qətlə yetirdiyi qızı, 22 yaşlı Sevinc Mənsimli jurnalist idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31