Mir Mövsüm Ağa ziyarətgahında intihara cəhd

Gənc qız dərman içərək ziyarətgahın girişində huşunu itirib

Bu gün səhər saatlarında Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində, Mir Mövsüm Ağa ziyarətgahında 22 yaşlı qız intihara cəhd edib.
Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1990-cı il təvəllüdlü Nigar Dadaşova özünü öldürmək istəyib. O, bir neçə qutu dərman içərək ziyarətgahın girişində yerə uzanıb. Qızı huşsuz vəziyyətdə tapıblar. Nigar Dadaşova xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31