Bakıda mənzildən külli miqdarda oğurluq olub

Xətai rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Məhəmməd Hadi küçəsi, 103 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Elxan Keykayev 36-cı polis bölməsinə müraciət edərək mənzilindən oğurluq edildiyi barədə məlumat verib.O bildirib ki, noyabrın 12-də Gürcüstana gedib. Qayıdarkən mənzilinin qapısını açıq görüb. Açarseçmə yolu ilə mənzilinə daxil olan naməlum şəxs evdən 5300 dollar, 940 manat pul və 3 min manat dəyərində qızıl-zinyət əşyaları oğurlayıb.Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31