Bakıda sabiq cəmiyyət sədri müstəntiqi güllələmək istədi

Noyabrın 14-də Azərbaycan Karlar Cəmiyyətinin Bakının Yasamal rayonunda yerləşən ofisində silahlı insident baş verib. Lent.az-ın məlumatına görə, Səbail Rayon Prokurorluğunun müstəntiqi Allahyar Əliyev prokurorluqda istintaq olunan cinayət işi üzrə protokol yazmaq məqsədi ilə cəmiyyətin binasına gəlib. Burada prokurorluğun müstəntiqi ilə Azərbaycan Karlar Cəmiyyətinin sabiq direktoru, 1953-cü il təvəllüdlü Məmmədov Ayaz Həsən oğlu arasında mübahisə yaranıb. Mübahisə sonradan daha da böyüyüb və A. Məmmədov qanunsuz gəzdirdiyi 22-41 markalı tapança ilə müstəntiqi nişan alıb. 59 yaşlı sabiq cəmiyyət sədri atəş açmaq istəsə də, tapança açılmayıb.

A.Məmmədov saxlanılıb. Ondan silah götürülüb. Faktla əlaqədar araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31