Bakı avtovağzalında meyit tapıldı
Meyidin kimliyi məlum olub
15 Noyabr 2012 14:12 KriminalBakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində kişi meyidi tapılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Binəqədi rayonundakı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində aşkarlanan meyidin Bakı şəhər sakini Şahin Kərimova məxsus olduğu məlum olub. Meyidin üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31