Şüşə sexi yanıb, iki nəfər xəsarət alıb

Biləsuvar rayonu, Təzəkənd kəndində vətəndaşa məxsus şüşə sexində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, ümumi sahəsi  1260 kv.m olan dəmir konstruksiyalardan ibarət cücə sexinin  pasetik paneldən ibarət üzlüyü yanıb. Sexin içərisində olan  cücələr  məhv olub, yanğın zamanı sexdə olan iki nəfər yanıq xəsarəti alıb.  Xəsarət alan şəxslər  xəstəxanaya yerləşdirilib. Sexin içərisində olan 6 ədəd 20 litrlik qaz balonu yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31