Üçotaqlı ev yanıb

Zaqatala rayonu, Zilban kəndində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları  yanıb.  Evin qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31