Ucarda kənd bələdiyyəsinin binası yanıb

Ucarda bələdiyyə binasında yanğın olub. Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hadisə rayonun Çiyni kəndində (rayon mərkəzindən 20 km aralı) kənd bələdiyyəsinə məxsus inzibati binada baş verib . Ümumi sahəsi 154 kv.m olan birmərtəbəli inzibati binanın 1 otağında əşyalar 2 kv.m sahədə yanıb. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31