Saxta pul kəsən dəstə məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilərək həbs olunan Polad Salmanov, Rac Süleymanov və Fəxriyyə Qarayevanın məhkəməsi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat veriblər. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində iş üzrə ittiham aktı elan olunub.
Cinayət Məcəlləsinin 204.3.2-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma), 234.4.1, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirləndirilən dəstə üzvlərindən ilk olaraq Rac Süleymanov saxlanılıb. Onun Nizami rayonunda yerləşən mənzilinə baxış zamanı oradan 113 ədəd 100 manatlıq, 51 ədəd 50 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.
Bundan başqa, saxlanılan şəxslərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmaları müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31