İki dost birləşib azyaşlı qıza təcavüz etdilər - ŞOK

Lənkəran rayon Məhkəməsində azyaşlı qıza qarşı seksual hərəkətlər etməkdə ittiham olunan B. M. və A. S.-in cinayət işi üzrə məhkəmə başa çatıb. Publika.Az xəbər verir ki, ittihama görə, 1989-cu il təvəllüdlü B. M. və həmyaşdı A. S. Lənkəran rayonunun Vilvan kənd sakini, 1997-ci il təvəllüdlü A. M. ilə müxtəlif vaxtlarda intim münasibətdə olublar.
Azyaşlı gənc oğlanlar tərəfindən cinsi əlaqədə olması barədə ailə üzvlərinə danışıb. Bundan sonra A. M.-in ailə üzvləri Lənkəran rayon Polis İdarəsinə şikayət ediblər. Azyaşlının ailə üzvlərinin şikayətindən sonra dost olan hər iki gənc cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham ediliblər.
Hakim Fuad Soltanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə B. M. və A. S. 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31