Bakıda axtarışda olan Gürcüstan vətəndaşı saxlanılıb
14 Noyabr 2012 13:37 KriminalBakıda axtarışda olan Gürcüstan vətəndaşı saxlanılıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tbilisi şəhər Daxili İşlər Şöbəsi tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 182-ci (vergidən yayınma) və 218-ci (iqtisadi sahədə cinayətkarlıq) maddələri ilə axtarışda olan Gürcüstan vətəndaşı Akaki Qorqiaşvili tutulub.
Onun ekstradisiyası üçün tədbirlər görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31