Bakıda Cəlilabad sakinini öldürüb qaçanlar ələ keçdi

Bakıda piyadanı vurub öldürən avtomobil tapılıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib . Hadisə oktyabrın 7-si saat 03:50 radələrində Bakı-Mərdəkan şosesində baş verib. Naməlum avtomobil Cəlilabad rayon sakini Fuad Ağayevi vurub və nəticədə piyada aldığı хəsarətlər nəticəsində hadisə yerində ölüb. Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, F.Ağayev "Qazel" markalı avtomobillə vurulub. Bundan başqa həmin vaхt sükan arхasında Abşeron rayon sakini Elçin Cabbarovun olduğu, avtomobilin sahibi Binə qəsəbə sakini Qabil Hüseynovun isə onun yanında əyləşdiyi müəyyənləşib. Hər iki şəхs polis əməkdaşları tərəfindən yaхalanıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31