Mahaçqalada may ayında baş vermiş terror aktının təşkilatçısı zərərləşdirilib
16 May 2012 10:05 KriminalMahaçqalada may ayında baş vermiş terror aktının təşkilatçısı zərərləşdirilib.Dağıstanın paytaxtı Mahaçqalada mayın 3-də partlayışlar törədən qruplaşmanın başçısı Hüseyn Mamayev öldürülüb.APA-nın verdiyi xəbərə görə, Rusiya xüsusi təyinatları Mamayevi Mahaçqalada Kumtorkalinskiy rayonunda bir evdə mühasirəyə alıblar. O hüquq mühafizə əməkdaşlarının təslim olmaq təklifinə silahlı müqavimət göstərib. Cavab atəş ilə terrorçu öldürülüb.Xatırladaq ki, mayın 3-də Mahaçqalada baş vermiş iki partlayış nəticəsində 15 nəfər həlak olub, 69 nəfər yaralanıb.Satavropol vilayəti istiqamətində avtomobillə hərəkət edən terrorçu-kamikadze Mahaçqalanın çıxışında polis postu yanında partlayıcı qurğunu işə salıb. İkinci partlayış isə hadisə yerinə xilasedicilər, təcili yardım və yanğınsöndürən briqadaları gələrkən baş verib.