Saxta pul kəsənlər 6 il cəza aldı
15 May 2012 19:34 KriminalYasamal rayon Məhkəməsində saxta pul hazırlamaqda ittiham olunan Natiq Yaqubov, Faiq Ağayev, Rahib Əliyev, Ədalət Abbasova hökm oxunub. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər 2011-ci il martın 30-da Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulublar. Dəstə üzvlərindən bir ədəd 100, doqquz ədəd 50, səkkiz ədəd 20 manatlıq əskinaz, altı ədəd bir üzü çap olunmuş 20 manatlıq əskinaz və iki ədəd kartric aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31