Azərbaycanda dəhşətli qəza - 2 ölü, 2 yaralı
14 Noyabr 2012 10:53 KriminalAzərbaycanda daha bir dəhşətli qəza bu gecə baş verib. "Qafqazinfo"nun məlumatına görə, Ağcabədi-Ağdam yolunun 7-ci km-də baş verən qəzada iki nəfər ölüb, iki nəfər isə yaralanıb.Belə ki, Hacıbədəlli kənd sakini 1987-ci il təvəllüdlü Muradov Sahib İnqilab oğlu idarə etdiyi "Vaz"- 21015 markalı 90 NM 389 dövlət nömrə nişanlı avtomobili ilə yağışlı yoldan yoldan çıxaraq ağaca dəyib. Avtomobildə 4 nəfər olub və hamısı da Hacıbədəlli kənd sakinləri olub.Artıq avtomobildə olan sərnişinlərin adları da açıqlanıb. Kəndin icra nümayəndəsinin müavini Məhərrəmzadə Elvin Əkbər oğlu və
Qasımov Arif Cümşüd oğlu qəza zamanı ölüblər. Digər iki nəfər Murtuzov Hüseyn və Muradov Sahib isə yaralanıblar.Yaralılar rayon xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağır qiymətləndirilir.Artıq Ağcabədi rayon Prokurorluğunda 263.3 maddəsi ilə cinayət işi açılıb.