Qonşusunu güllələyən narkomanın şikayəti araşdırılır

Şirvan Apelyasiya Məhkəməsində qonşusunu güllələməkdə təqsirləndirilən Lənkəran şəhər sakini  Elməddin Əliyevin məhkəməsi başlayıb.  Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Məlumata görə, təqsirləndirilən şəxsin apelyasiya məhkəməsi hakim Əhməd Novruzovun sədrliyi ilə keçirilib və şikacyətin araşdırılmasına başlanıb.
Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Elməddin Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, E.Əliyev söyüşə görə odlu silahdan həmyerlisi Etiyat Məmmədovu güllələyib. Bir güllə yarası ilə xəstəxanaya çatdırılan Etiyat Məmmədovun həyatını həkimlər xilas edə bilib.
İsti izlərlə saxlanılan Elməddin Əliyevin üzərindən narkotik vasitə olan heroin də aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31