Yevlaxda polisə bıçaq çıxaran avtoxuliqan 4 il cəza aldı

Yevlax Rayon Məhkəməsində avtoxuliqanlıq və polisə müqavimətdə təqsirləndirilərək həbs edilən rayon sakini Xəyal Qarayevin məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Məlumata görə, Xəyal Qarayev Cinayət Məcəlləsinin 228.4-ci (soyuq silah) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Xəyal Qarayev 16 fevral 2012-ci ildə saat 18 radələrində Yevlax şəhəri, Heydər Əliyev prospektində ağ rəngli "VAZ-2107" markalı avtomaşını ilə avtoxuliqanlıq edib. Dövlət nömrə nişanı görünmədiyinə, həmçinin şübhə doğurduğuna görə polis əməkdaşları həmin avtomobili saxlamaq istəyiblər.  Avtoxuliqanlıq edən X.Qarayev sənədlərini yoxlayan Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Xidmət Bölüyünün əməkdaşları, polis nəfərləri Məmmədov Sənan Sabir oğlu və Yusifov Yasin Camal oğlunun xidməti vəzifələrinin yerinə yetirmələrinə maneçilik törədərək onalara bıçaqla hücum edib. Lakin polis əməkdaşları X.Qarayevi tərki-silah edə biliblər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31