Bakıda maskalılar ər-arvada hucum edib

Onlar bıçaqla hədələyərək pul tələb ediblər

Bakıda evə basqın edilməsi ilə bağlı bəzi məqamlar məlum olub. Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsindən Milli.Az-a bildirildi ki, ev sahibi İlkin İbrahimov ailə üzvləri ilə evdə olan zaman qəflətən 3 nəfər maskalı şəxs evə soxulub.
Onlar bıçaqla hədələyərək pul tələb ediblər. Qızıl qolbağ və zəncir tapan şəxslər aradan çıxıblar.
Hazırda faktla bağlı araşdırma aparılır. Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31