Azərbaycanda "gizli epidemiya"nın aldığı canlar
13 Noyabr 2012 15:30 KriminalAzərbaycanda bu ilin 10 ayında baş vermiş yol qəzalarının statistikası açıqlanıb.Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, bu ilin yanvar-oktyabr aylarında respublikada 2452 yol qəzası qeydə alınıb, nəticədə 969 nəfər həlak olub, 2606 nəfər xəsarət alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzalar 107 fakt, xəsarət alanların sayı 154 nəfər azalıb, ölənlərin sayı 127 nəfər artıb.
Əliyev bildirib ki, qəzaların 856-sı piyadaların vurulması (313 ölüm, 610 xəsarət), 280-i aşma (152 ölüm, 296 xəsarət), 288-i maneəyə vurma (107 ölüm, 314 xəsarət) olub.
Avtobus sürücüləri tərəfindən ötən müddətdə 96 yol qəzası törədilib, nəticədə 49 nəfər həlak olub, 164 nəfər xəsarət alıb.
Qəzaların 29,1 faizi avtomobilin yüksək sürətlə idarə olunması (714 hadisə, 329 ölüm, 666 xəsarət), 647-si ötmə, manevr qaydalarını pozulması (276 ölüm, 868 xəsarət), 214-ü yolayrıcı qaydalarının pozulması (49 ölüm, 279 xəsarət) səbəbindən baş verib. Hadisələr zamanı 67 uşaq ölüb, 211 uşaq isə xəsarət alıb.
Əliyev yol nəqliyyat hadisələri zamanı ölüm faktlarının sayının artmasını istismar müddəti başa çatmış avtomobillərin sayının çoxluğu ilə izah edib. Şöbə rəisi əhaliyə təhlükəsizlik şərtlərinə cavab verən avtomobillərdən istifadəni məsləhət görür. Onun sözlərinə görə, hazırda Azərbaycanda 1 milyon 150 min avtomobil qeydiyyatdadır və il ərzində avtomobillərin sayı 75 min ədəd artır.