Dələduz maklerə 9 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların etibarından sui istifadə edərək dələduzluq etməkdə təqsirləndirilərək həbs edilən Bakı şəhər sakini Fəxri Məlikovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat veriblər. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Fəxri Məlikov 9 il müddətinə azadlıqdan məhrum edilib. Fəxri Məlikov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, torpaq alqı-satqısı adı ilə vətəndaşları aldadaraq külli miqdarda pul mənimsəyib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31